Nüvə danışıqları ilə bağlı razılığa gəldilər

İran, İngiltərə, Fransa və Almaniyanın xarici işlər nazirinin müavinləri səviyyəsində nüvə danışıqlarına başlamaq barədə razılığa gəlinib.
Redaktor.az xəbər verir ki, bununla bağlı ''Tasnim'' agentliyi məlumat yayıb.
İran ilə üç Avropa ölkəsi danışıqların əsas prinsipləri üzərində razılıq əldə ediblər, lakin danışıqların vaxtı və məkanı ilə bağlı məsləhətləşmələr davam edir.
Qeyd olunub ki, görüşün bazar günü Cenevrə və ya Vyanada keçirilməsi gözlənilir.
Türkiyə KİV-də yayılan məlumatda isə bildirilib ki, danışıqlar iyulun 25-i İstanbulda baş tutacaq.