Ukraynanı silahlandırmaq üçün 50 günlük kampaniya elan ediləcək?

 11:25 21.07.2025     68

Böyük Britaniyanın müdafiə naziri Con Healey bu gün Ukraynanı silahlandırmaq üçün 50 günlük kampaniya elan etməyi planlaşdırır .

Redaktor.az xəbər verir ki, bununla bağlı ''Telegraph'' məlumat yayıb.

Qeyd olunub ki, Almaniya da hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlərin alınması üçün 170 milyon avro ayıraraq kampaniyada iştirak edə bilər. 

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə danışıqlar zamanı da bildirib ki , Vaşinqton və NATO Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəliblər.

Vumart və Güvən reklamı Vumart Güvən