Zəngəzur dəhlizi regionun geosiyasətini dəyişdirməməlidir - Rəsmi Tehran

 12:23 21.07.2025     75

Dəhlizlər suverenliyə və ərazi bütövlüyünə xələl gətirməməlidir.

Redaktor.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü brifinqdə Zəngəzur dəhlizi üzrə ölkəsinin rəsmi mövqeyinə dair suala cavabında deyib.

O bildirib ki, region ölkələri arasında əlaqələrin genişləndirilməsi dəstəklənsə də, bu proses heç bir halda suverenlik və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərə xələl gətirməməlidir.

“Biz region ölkələri arasında mübadilənin və əlaqələrin genişləndirilməsini dəstəkləməklə razılaşsaq da, eyni zamanda, biz həmişə vurğulamışıq ki, bu keçidlərin yaradılması suverenlik və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərə xələl gətirməməli və regionun geosiyasətində dəyişikliklər yaratmamalıdır. Bəzi hallarda Qafqaz regionunda digər ölkələrin danışıqları və mövqeləri yanlış şərh oluna bilər. Bununla bağlı mövqeyimiz aydındır və biz bunu dəfələrlə bəyan etmişik”, - Bəqai qeyd edib (apa).

Vumart və Güvən reklamı Vumart Güvən