Husilər İsrail aeroportuna zərbə endirdi

 10:56 22.07.2025     231

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilərin formalaşdırdığı silahlı qüvvələr Təl-Əvivdəki Ben-Qurion hava limanına hipersəs ballistik raketlə zərbə endiriblər.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, hərəkatın hərbi nümayəndəsi Yəhya Saria bildirib ki, əməliyyat “hədəfinə çatıb”.

“Raket qoşunları Lod hava limanına “Fələstin-2″ tipli hipersəs ballistik raketlə hücum edərək unikal hərbi əməliyyat həyata keçiriblər”, – o, “Al Masirah” telekanalının efirində deyib.

Vumart və Güvən reklamı Vumart Güvən