19 yaşlı idmançı qaldığı otelin balkonundan yıxılaraq öldü

 15:19 22.07.2025     82

Şotlandiyalı hokkeyçi Qari Kelli mehmanxanada olarkən faciəvi şəkildə dünyasını dəyişib.

Redaktor.az "Daily Record" nəşrinə istinadən xəbər verir ki, 19 yaşlı idmançı otelin balkonundan yıxılaraq vəfat edib.

Hadisə yerinə təcili yardım çağırılsa da, həkimlər ona kömək edə bilməyiblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları Kellinin balkondan yıxılaraq öldüyünü təsdiqləyiblər.

Mənbənin bildirdiyinə görə, Kellinin həmyerlisi Evan Tomson da iki həftə əvvəl oxşar şəraitdə dünyasını dəyişib. Təhlükəsizlik məsələləri ilə bağlı tənqidlərə məruz qalan otel rəhbərliyi bütün əyləncə tədbirlərini ləğv edib.

Qeyd edək ki, Kelli Şotlandiya Milli Liqasında "Dandi Rokets", "Aberdin" və "Dandi Stars" komandalarında çıxış edib. Ötən mövsüm o, 13 oyunda 17 xal (10 qol və 7 məhsuldar ötürmə) toplayıb.

Vumart və Güvən reklamı Vumart Güvən