Almaniya 43 miqrantı ölkədən deportasiya ETDİ

 00:36 23.07.2025     204

Almaniya hökuməti bir qrup iraqlı miqrantı ölkədən deportasiya edib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, polis nəzarəti altında aeroporta gətirilən 43 nəfər miqrant Leyptsiq-Halle hava limanından havaya qalxan təyyarə ilə Bağdada göndərilib.

Qeyd olunur ki, bu, Almaniyada may ayında fəaliyyətə başlayan yeni koalisiya hökumətinin qərarı əsasında həyata keçirilən ikinci deportasiya əməliyyatıdır. Ötən həftə isə 81 əfqan miqrant ölkələrinə qaytarılıb.

Yeni hökumət miqrantların geri göndərilməsi prosedurunu sürətləndirmək siyasətini prioritet hesab edir və bu istiqamətdə addımlar atmağa davam edir.

Vumart və Güvən reklamı Vumart Güvən