Bu ölkədə quş qripinə yoluxma qeydə alındı

Kamboca Səhiyyə Nazirliyi bir vətəndaşın H5N1 quş qripi virusuna yoluxmasının qeydə alındığını bəyan edib.
Redaktor.az xəbər verir ki, bu barədə “Khmer Times” nəşri yazır.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, H5N1 virusuna yoluxan şəxs ölkənin cənub-şərqində yerləşən Tbonqhmun əyalətindən olan 6 yaşlı uşaqdır.
Azyaşlının xəstəxanada ciddi nəzarət altında müalicə aldığı və ona bütün lazımi tibbi dəstəyin göstərildiyi bildirilir.
2025-ci ildə bu ölkədə ümumilikdə 13 quş qripinə yoluxma halı qeyd alınıb ki, onlardan beşi letal sonluqla nəticələnib.
Xatırladaq ki, 2024-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı yeni H5N1 virusu dalğasının gözlənildiyi ilə bağlı xəbərdarlıq etmiş və pandemiyanın qarşısını almaq üçün ölkələrin səhiyyə qurumlarını epidemoloji nəzarət, məlumat mübadiləsi və elmi və tibbi məlumatların mübadiləsi ilə bağlı tədbirləri gücləndirməyə çağırmışdı.