Bu ölkə donanma təlimlərinə başladı

Rusiya Sakit və Arktik okeanlarda, eləcə də Baltik və Xəzər dənizlərində hərbi təlimlərə başlayıb
Redaktor.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlərdə 150 döyüş gəmisi və 15 minə qədər hərbi qulluqçu iştirak edir.
Donanma təlimləri iyulun 23-dən 27-dək davam edəcək.
Qeyd edək ki, bu müddət ərzində döyüş gəmiləri uzaqmənzilli silahlar və insansız döyüş sistemləri də daxil olmaqla müasir texnologiyalardan istifadə üzrə məşqlər keçirəcək.