İstanbul danışıqları başa çatdı - tərəflər hansı məsələdə razılığa gəlib?

 23:21 23.07.2025     83

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında üçüncü raund danışıqlar İstanbulda yekunlaşıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumata görə, nümayəndə heyətlərinin tam tərkibdə görüşü yerli vaxtla saat 20:37-də başlayıb və təxminən 40 dəqiqə davam edib.

Rusiya və Ukrayna İstanbulda keçirilmiş üçüncü danışıqlar raundunun nəticələrinə əsasən yalnız hərbi əsirlərin deyil, həm də mülki şəxslərin dəyişdirilməsi barədə razılıq əldə ediblər.

"Əsas nəticə odur ki, yalnız hərbi əsirlərin deyil, həm də mülki şəxslərin dəyişdirilməsi planlaşdırılır”, – deyə mənbə bildirib.

22222
Vumart və Güvən reklamı Vumart Güvən