Rusiya nümayəndə heyətinin rəhbəri İstanbul danışıqların nəticələrindən DANIŞDI

Ukrayna nümayəndələri ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun nəticələri barədə danışıb.
Redaktor.az TASS-a istinadla xəbəg verir ki, o, qeyd edib ki, əvvəlki raundlarda humanitar traslar üzrə bütün razılaşmalar yerinə yetirilib. Medinski bildirib ki, Ukrayna Rusiya tərəfinin işçi qrupları, o cümlədən vaxta və pula qənaət etmək üçün onlayn rejimdə işləyəcək üç işçi qrupunun yaradılması təklifini nəzərdən keçirməyə razılaşıb.
O, həmçinin vurğulayıb ki, iki ölkə liderləri görüşməzdən əvvəl ilk növbədə nizamlanma sazişini müzakirə etmək lazımdır.
Onun sözlərinə görə, Rusiya Federasiyası və Ukraynanın memorandumlarla bağlı mövqeləri hazırda bir-birindən uzaqdır.
Rusiya nümayəndə heyətinin rəhbəri əlavə edib ki, Rusiya tərəfi danışıqların dördüncü raundunun baş tutacağına ümid edir.
Xatırladaq ki, görüş İstanbulda Çırağan sarayında baş tutub.
Turan İSMAYIL