Erməni spiker Marqarita Simonyanı çirkin məxluq adlandırdı

 11:45 24.07.2025     125

Ermənistan parlamentinin sədri Alen Simonyan RT telekanalının baş redaktoru Marqarita Simonyanı təhqir edib.

Redaktor.az xəbər verir ki, Alen Simonyan özünün “Telegram” kanalında Marqarita Simonyanı çirkin məxluq adlandırıb, onu Ermənistanın suveren işlərinə qarışmaqda ittiham edib.

Spiker "yan"la bitən soyadından başqa Marqarita Simonyanın Ermənistan və erməni xalqı ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.

“O, Ermənistan rəhbərliyini təhqir edir, insanları ölkəmizdə mitinqə, hakimiyyəti devirməyə çağırır. Və yalan yayır, eyni zamanda, ölkəni və insanları təhdid edir. Məsələn, mövcud olmayan sənəd haqqında naməlum qəzetin mövcud olmayan müəlliflərinə istinad edərək başqa bir yalan yayır”, - Alen Simonyan qeyd edib.

Erməni spiker vurğulayıb ki, Marqarita Simonyan “daha bir qızıl medal uğrunda mübarizə aparır” və əlavə edib ki, bu, Ermənistana qarşı hibrid müharibənin daha bir təzahürüdür.

Alen Simonyan Ermənistanda tezliklə seçkilərin keçiriləcəyini xatırladaraq bu cür hücumların davamlı olacağına diqqət çəkib.

Vumart və Güvən reklamı Vumart Güvən