Kamboca BMT Təhlükəsizlik Şurasını təcili iclas keçirməyə çağırdı

Kamboca BMT Təhlükəsizlik Şurasının təcili iclas keçirməyə çağırıb.
Redaktor.az xəbər verir ki, Kamboca Tailandın “əvvəlcədən hazırlanmış və heç bir təhrik olmadan həyata keçirdiyi təcavüz” məsələsinə BMT Təhlükəsizlik Şurası tərəfindən baxılmasına çağırış edib.
Qeyd edək ki, Tailand-Kamboca sərhədinin mübahisəli ərazilərində yaşanan qarşıdurmadan sonra Tailand Kamboca ilə sərhədi bağlayıb.
Hər iki tərəf bir-birinin ərazisində olan hərbi obyektlərə zərbələr endirib.