"İran və Belarus eyni düşüncəli ölkələrdir" - Əli Əsğər Bağırzadə

İran parlamentinin nümayəndə heyəti Belarus parlamentində ikitərəfli əlaqələri müzakirə edib.
Redaktor.az xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, səfər Belarus Nümayəndələr Palatasının dəvəti ilə reallaşıb.
Məlumata görə, İslam Respublikası nümayəndə heyətinə İran-Belarus parlamenti əməkdaşlıq qrupunun rəhbəri Əli Əsğər Bağırzadə başçılıq edir.
İran qanunverici orqanın nümayəndələri səfər çərçivəsində Belarus parlamentinin sədri Natalya Koçanova ilə görüşüblər.
Əli Əsğər Bağırzadə bildirib ki, İran və Belarus eyni düşüncəli ölkələrdir: “Biz həmişə müstəqillik və ərazi bütövlüyünün qorunması siyasətini yürütmüşük”.
O, parlament yüksək vəzifəli şəxslərinin tezliklə Belarusa səfər edəcəyini, bu səfərlərin iki ölkə arasındakı münasibətlərdə dönüş nöqtəsi olacağına ümid etdiyini vurğulayıb.
Natalya Koçanova öz növbəsində Belarus və İran xalqları arasında inkişaf edən münasibətləri yüksək qiymətləndirdiyini söyləyib.