İranlı narkotacir 23 milyonluq kokainlə saxlanıldı

 18:49 24.07.2025     140

ABŞ-Kanada sərhəddində narkotik maddələrin alverinə görə İran əsilli 55 yaşlı TIR sürücüsü Kambiz Karəndiş saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu haqda Kanada polisi məlumat yayıb.

Məlumata görə, “Ambassador” sərhəd keçid məntəqəsində saxlanılan iranlıdan 23.4 milyon dəyərində 187.5 kiloqram kokain götürülüb.

Onun barəsində cinayət işinin açıldığı və mənsub olduğu cinayətkar şəbəkə ilə bağlı araşdırmaların aparıldığı bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən