İsrailli nazir Avropa-İran danışıqları ərəfəsində Parisə getdi

İsrailin strateji məsələlər naziri Ron Dermer cümə günü İstanbulda keçiriləcək “Avroüçlüyü” ilə İran arasındakı danışıqları müzakirə etmək üçün Parisə gəlib.
Redaktor.az-ın “Al Arabia”ya istinadən verdiyi məlumata görə, bunu bir sıra mənbələr bildirib.
"Ron Dermer qarşıdakı danışıqları və İranın nüvə proqramını Fransa paytaxtındakı rəsmilərlə müzakirə edəcək", - mənbə bildirib.
İran, Böyük Britaniya, Fransa və Almaniya iyulun 25-də İstanbulda nüvə proqramı ilə bağlı danışıqlar keçirəcəklər. Görüş xarici işlər nazirlərinin müavinləri səviyyəsində baş tutacaq.