Qəzzada daha bir jurnalist həyatını itirdi

 09:33 25.07.2025     85

İsrailin Qəzzaya hücumu nəticəsində daha bir fələstinli jurnalist həyatını itirib.

Redaktor.az xəbər verir ki,  Hücum zamanı Adem Əbu Herbidin üç qohumu da həlak olub, həyat yoldaşı və uşaqları yaralanıb.

Əbu Herbidin müxtəlif media qurumlarında çalışdığı və 7 oktyabrdan bəri öldürülən jurnalistlərin sayının 232-yə çatdığı bildirilib.

Qeyd edək ki, Qəzzadakı Media Ofisi hücumu sərt şəkildə pisləyərək beynəlxalq media qurumlarını bu cinayətləri qınamağa çağırıb.

Vumart və Güvən reklamı Vumart Güvən