Depuat yol-nəqliyyat hadisəsində həlak oldu - Bu ölkədə

 09:44 25.07.2025     156

Ukrayna Ali Radasının deputatı Yaroslav Ruşin yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

Redaktor.az Apa-ya istinadən xəbər verir ki, hadisə iyulun 24-də baş verib.

Məlumata görə, motosikletin sükanı arxasında olan Yaroslav Ruşin idarəetməni itirib və qəza nəticəsində həyatını itirib.

Qeyd edək ki, deputat seçilməzdən əvvəl mərhum Ukrayna şou-biznesinin tanınmış nümayəndələrindən biri olub. O, bir müddət “Okean Elzı” qrupunun və ukraynalı müğənni Ruslananın prodüseri kimi fəaliyyət göstərib.

2
Vumart və Güvən reklamı Vumart Güvən