Suveydadan daha 200 nəfər təxliyə edildi

 10:22 25.07.2025     80

Suriyanın cənubundakı Suveyda əyalətində iyulun 13-dən etibarən davam edən qarşıdurmalar fonunda daha 200 mülki şəxs təxliyə edilib.

Redaktor.az xəbər verir ki, məlumata görə, Druzi lideri Hikmət əl-Hicriyə bağlı qrupların nəzarətində olan ərazilərdə qalan sakinlər dördüncü və sonuncu təxliyyə karvanı ilə Dəra şəhərinə çatdırılıb.

Təxliyyə humanitar səbəblərlə həyata keçirilib.

Vumart və Güvən reklamı Vumart Güvən