Ukrayna dron əleyhinə vasitələrin istehsalına başladı

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə dron əleyhinə vasitələrin istehsalına başlanıldığını və bu sahəyə 6 milyard dollar həcmində investisiya yatırıldığını bildirib.
Redaktor.az-ın Ukrayna KİV-lərinə istinadən verdiyi məlumata görə, V.Zelenski bunu jurnalistlərlə söhbəti zamanı deyib.
"Dron əleyhinə vasitələrin istehsalı başlayıb. Müsbət və mənfi tərəflər var", - o bildirib.
Onun sözlərinə görə, ümumi investisiya həcmi 6 milyard dollar təşkil edir.