İstanbulda nüvə danışıqları başladı

Bu gün İstanbulda İran, Böyük Britaniya, Fransa və Almaniya arasında nüvə danışıqlarının bərpası ilə bağlı görüş keçirilir.
Redaktor.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, danışıqlar İranın İstanbulda Baş Konsulluğunda başlayıb.
Görüşdə İranı xarici işlər nazirinin müavinləri Məcid Tahtrevənçi və Kazem Qaribabadi təmsil edir.
Görüş mətbuata qapalı şəkildə keçirilir.