Bu ölkədə hərbi helikopter radarlardan itdi

 15:41 25.07.2025     105

Qazaxıstanın Almatı vilayətində EC-145 hərbi helikopteri radarlardan itib.

Redaktor.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

Helikopterin göyərtəsində üç ekipaj üzvü olub. Hazırda Qazaxıstanın Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri cəlb edilməklə axtarış-xilasetmə işləri aparılır.

Bütün halların araşdırılması üçün hadisə yerinə xüsusi komissiya göndərilib.

"100-dən çox canlı qüvvə və təxminən 15 vahid texnika, o cümlədən aviasiya və pilotsuz uçuş aparatları cəlb edilib", - məlumatda qeyd olunub.

Vumart və Güvən reklamı Vumart Güvən