"Yaxşı oğlandır, amma dediklərinin çəkisi yoxdur" - Tramp Makron haqda

ABŞ Prezidenti Donald Tramp Fransa lideri Emmanuel Makronun Fələstini tanımaq təşəbbüsünə münasibət bildirib.
Redaktor.az xəbər verir ki, Donald Tramp Makronun sözlərinin əhəmiyyətinin daşımadığını vurğulayıb.
“Onun dediklərinin əhəmiyyəti yoxdur. Onu xoşlayıram, yaxşı oğlandır. Amma bu bəyanatının heç bir çəkisi yoxdur”, - Tramp qeyd edib.
Xatırladaq ki, Emmanuel Makron Fransanın sentyabrda keçiriləcək BMT Baş Assambleyasında Fələstin dövlətini rəsmən tanıyacağını bəyan edib.
ABŞ dövlət katibi Marko Rubio isə qeyd edib ki, Amerika Birləşmiş Ştatları Fələstin dövlətini tanımaq niyyətində olan Fransanı dəstəkləmir.