Antalyadakı yanğın Bülənt Ərsoyun villasına keçdi - Sənətçi təxliyə edildi

Antalyanın Aksu, Qazipaşa, Manavqat və Muratpaşa rayonlarında meşə yanğınları tüğyan edir.
Redaktor.az "Hürriyet"ə istinadla xəbər verir ki, yanğın avqustun 9-da Antalyada konsert verməli olan tanınmış sənətçi Bülənt Ərsoyun villasına sıçrayıb.
Kundu rayonunun Güzeloba məhəlləsindəki villaya Antalya Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürənləri gələrək alovu söndürüb.
Məlumata görə, villada olan Bülənt Ərsoy təxliyə edilib.