Fransa Fələstin dövlətini tanıyacaq - Makrondan BƏYANAT

Fransa sentyabrda keçiriləcək BMT Baş Assambleyasında Fələstin dövlətini rəsmən tanıyacaq.
Redaktor.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron söyləyib.
“Yaxın Şərqdə ədalətli və davamlı sülhə dair tarixi öhdəliyinə sadiq qalan Fransa Fələstin dövlətini tanıyır”, – deyə o bildirib.