Rusiyadan Ermənistana təbii qazın verilməsi bərpa edilib

 15:53 26.07.2025     94

Ermənistana təbii qazın verilişi bu gün günorta saatlarında bərpa edilib.

Redaktor.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" məlumat yayıb.

Qeyd edək ki, Ermənistana qazın verilməsi Gürcüstan ərazisində "Şimali Qafqaz - Cənubi Qafqaz" tranzit magistral qaz kəmərinin "Qazax - Saquramo" hissəsində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar müvəqqəti olaraq dayandırılmışdı.

Vumart və Güvən reklamı Vumart Güvən