Pezeşkian Azərbaycanla münasibətlərin möhkəmləndirilməsinin zəruruliyini vurğulayıb

İran Prezidenti Məsud Pezeşkian deyib ki, onun administrasiyasının xarici siyasət prioriteti qonşu ölkələrlə əlaqələri gücləndirməkdir.
Redaktor.az bu barədə "Mehr" agentliyinə istinadla xəbər verir.
O, qonşularla, o cümlədən Türkiyə, Türkmənistan, Azərbaycan, Əfqanıstan, Pakistan və Fars körfəzi sahili ölkələri ilə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Şənbə günü Xarici İşlər Nazirliyinə elan olunmamış səfər edən Pezeşkian deyib ki, qonşu ölkələrlə münasibətlərin yaxşılaşdırılması daha böyük nailiyyətlərə gətirib çıxara bilər. O, diplomatları öz səylərində daha fəal yanaşma tətbiq etməyə çağırıb.