Rusiyadan Ermənistana təbii qazın verilişi bərpa edildi

Gürcüstanda qəza-bərpa işlərinin görülməsindən sonra Rusiyadan Ermənistana təbii qazın verilməsi bərpa edilib.
Redaktor.az xəbər verir ki, bu barədə "Qazprom Ermənistan"ın Mətbuat Xidməti məlumat yayıb.
Qazın verilişinin iyulun 26-da bərpa edildiyi vurğulanıb.
Xatırladaq ki, iyulun 24-də Gürcüstan ərazisində "Şimali Qafqaz - Cənubi Qafqaz" tranzit magistral qaz kəmərinin "Qazax - Saquramo" hissəsində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar Rusiyadan Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılmışdı.