İsrail hərbçiləri Qəzza sakinlərinə humanitar yardım ATDI

İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağının sakinləri üçün 7 konteyner humanitar yardım atdığını bildirib.
Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.
"Siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq, İDF Qəzza zolağına humanitar yardımın daxil olmasını təmin etmək və asanlaşdırmaq üçün davam edən səyləri çərçivəsində humanitar yardımın hava ilə daşınmasını həyata keçirib", - məlumatda deyilir.
“Beynəlxalq təşkilatlarla birgə həyata keçirilən çatdırılma içərisində un, şəkər və konserv məhsulları olan 7 konteyner humanitar yardımdan ibarət olub”, - deyə mətbuat xidməti əlavə edib.
Turan İSMAYIL