Rusların hücumu nəticəsində yaralananlar var

 14:04 27.07.2025     56

Rusiya ordusu növbəti dəfə Ukraynaya hücum ediblər, nəticədə xəsarət alanlar və dağıntılar barədə məlumatlar var.

Redaktor.az xəbər verir ki, Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısakın Telegram kanalında verdiyi məlumata görə, axşam saatlarından etibarən ruslar vilayətin iki rayonuna hücum ediblər.

“Nikopol rayonuna ağır artilleriya və “Qrad” reaktiv yaylım atəş sistemləri ilə atəş açılıb. Həmçinin dronlar göndərilib və pilotsuz uçuş aparatlarından döyüş sursatı atılıb. Hücumlar rayon mərkəzini əhatə edib”, – deyə o bildirib və əlavə edib ki, yaşayış məntəqələrində beş fərdi ev və elektrik xətləri zədələnib.

Hücum nəticəsində dörd nəfər yaralanıb – 47 və 60 yaşlı kişilər, 40 və 58 yaşlı qadınlar. Onlar həkim nəzarəti altındadır.

“Sinelnikov bölgəsində Velikomixaylovka və Mejevskidə partlayış səsləri eşidilib. Bu ərazilər dronlarla vurulub. Xoşbəxtlikdən yaralanan olmayıb. Zədələnmiş obyektlər arasında infrastruktur və yerli sakinlərə məxsus evlər var”, – deyə Lısak bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən