Peskovun təyyarəsi PUA hücumuna görə havaya qalxa bilmədi - VİDEO

 15:22 27.07.2025     69

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov və Rusiya liderinin köməkçisi Aleksey Dyuminin olduğu təyyarə iki saat ərzində Moskvadan Sankt-Peterburqa qalxa bilməyib. 

Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb Ukrayna pilotsuz təyyarələri olub.

Belə ki, Leninqrad vilayəti Ukraynaya məxsus PUA-ların hücumuna məruz qalıb və bu səbəbdən “Xalça” planı tətbiq olunub. Nəticədə onlar təyyarədə bir neçə saat gözləyiblər.

Peskov və Dyumin Rusiya Prezidenti Vladimir Putinlə birgə hərbi dəniz təlimləri üçün Sankt-Peterburqa getməli idi.

 

 

 


Vumart və Güvən reklamı Vumart Güvən