ABŞ dövlət katibi Venesuela prezidentini aparıcı narkotik kartelində ittiham ETDİ

 17:03 27.07.2025     102

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Venesuela prezidenti Nikolas Maduro narkotik kartelinə rəhbərlik edir.

Redaktor.az xəbər verir ki, o, bu barədə "X"də yazıb.

"Maduro ölkəni zəbt etmiş narkotik-terror təşkilatı olan Los Soles kartelinin rəhbəridir. O, ABŞ-yə narkotik tədarük etməkdə ittiham olunur".

Xatırladaq ki, Prezident Co Baydenin başçılıq etdiyi əvvəlki ABŞ administrasiyası Maduronun qalib gəldiyi 28 iyul 2024-cü il prezident seçkilərinin nəticələrini tanımayıb və seçkilərdə rəqibi, müxalifət lideri Edmundo Qonzalesi Venesuelanın seçilmiş prezidenti elan edib. Maduro yanvarın 10-da vəzifəyə başlamazdan əvvəl Bayden Qonzaleslə görüşüb və onu seçilmiş dövlət başçısı elan edib. 

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən