ABŞ-də nüvə silahına ayrılan vəsait Trampın təyyarəsinin təmirinə sərf olunacaq

 21:13 27.07.2025     59

Pentaqon nüvə başlıqlı quru raketlərinin modernləşdirilməsi üçün nəzərdə tutulan 934 milyon dolları Qətərin ABŞ Prezidenti Donald Trampa hədiyyə etdiyi "Boeing 747-8" təyyarəsinin modernləşdirilməsinə yönəldib.

Redaktor.az xəbər verir ki, bu iddia ilə "The New York Times" çıxış edib.

Nəşrin qeyd etdiyi kimi, yönləndirilən məbləğin hamısının təyyarənin təmiri və yenidən təchiz edilməsinə sərf edilib-edilməyəcəyi hələ də qeyri-müəyyən olaraq qalır. Lakin ABŞ administrasiyasının rəsmiləri nəşrə özəl olaraq təsdiqləyiblər ki, Qətərin hədiyyə etdiyi "Boeing"in modernləşdirilməsi üçün vəsait nüvə silahlarının modernləşdirilməsi üçün büdcədən borc götürüləcək.

Qəzetin yazdığına görə, "Boeing"in prezident təyyarəsinə çevrilməsi bir ildən iki ilə qədər vaxt apara bilər.

Vumart və Güvən reklamı Vumart Güvən