Zelenski Fransa lideri ilə Putinlə mümkün görüşünü müzakirə ETDİ

 21:59 27.07.2025     65

Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında Rusiya lideri Vladimir Putinlə mümkün görüş məsələsi müzakirə edilib.

Redaktor.az xəbər verir ki, Zelenski bu barədə "Telegram" kanalında məlumat yayıb.

O, Makronu İstanbulda Rusiya tərəfi ilə keçirilmiş üçüncü görüşün nəticələri barədə məlumatlandırıb.

“Avqustun sonunadək ən yüksək səviyyədə görüş təşkil olunması ilə bağlı təklifimizə cavab gözləyirik”, – dövlət başçısı vurğulayıb.

Zelenski əlavə edib ki, mümkün görüşdə Avropa nümayəndələrinin də iştirakı vacibdir.

Vumart və Güvən reklamı Vumart Güvən