Türkiyənin daha bir ərazisində meşə yanır

Türkiyədə kənd təsərrüfatı təyinatlı ərazidə başlayan yanğın genişlənərək meşəyə keçib.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Aydın vilayətində qeydə alınıb.
Məlumata görə, hazırda yanğının lokallaşdırılması və söndürülməsi istiqamətində işlər görülür.
Bu məqsədlə əraziyə 360 nəfərlik şəxsi heyətlə yanaşı, 119 nəqliyyat vasitəsi, o cümlədən səkkiz helikopter və altı təyyarə cəlb olunub.