Tramp ABŞ və Aİ-nin ticarət razılaşması barədə razılığa gəldiyini AÇIQLADI

ABŞ və Avropa İttifaqı ticarət sazişi üzrə razılığa gəliblər.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Bundan əvvəl "Bloomberg" yazıb ki , Vaşinqtonla razılaşma baş tutmasa və Tramp vəd etdiyi rüsumları tətbiq edərsə, Avropa İttifaqı 117 milyard dollar dəyərində ABŞ mallarına 30% rüsum tətbiq etməyi planlaşdırır.
"Tariflər tətbiq olunarsa, ABŞ-nin ixracı, o cümlədən "Boeing" təyyarələri, ABŞ istehsalı avtomobillər və burbon kimi istehsal məhsulları, Trampın 30% təhlükəsi ilə müqayisə edilə biləcək bir vergi ilə üzləşəcək", - agentliyin mənbələri bildirib.
Turan İSMAYIL