İranın xarici işlər naziri İsrailin onun evinin qarşısına bomba atdığını AÇIQLADI

İranın xarici işlər naziri Abbas Əraqçı İsraili ona qarşı sui-qəsd hazırlamaqda ittiham edib.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə iranlı nazir özü açıqlama verib.
Onun sözlərinə görə, İran-israil münaqişəsi zamanı onun yaşadığı evin qarşısına bomba düşüb.
Həmçinin, İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında iştirak etmək üçün Türkiyəyə səfəri zamanı Əraqçının avtomobili üzərində İsrail PUA-ları uçub. O, məcbur qalaraq telefonlarını söndürdüyünü deyib.