Türkiyə konteyner qiyafəsində raket buraxılış sistemini nümayiş ETDİRDİ

İstanbulda keçirilən IDEF beynəlxalq müdafiə sərgisində Türkiyənin "Roketsan" şirkəti adi yük konteynerinə bənzəyən raket buraxılış sistemini nümayiş etdirib.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, şirkət öz inkişafını Atatürk hava limanının ərazisində yerləşən sərgi meydançasında nümayiş etdirib. Altı və ya on iki metr uzunluğunda bir yük konteynerinin içərisində bir dəfəyə altı “Kara Atmaca” yer-yer qanadlı raketini atması nəzərdə tutulur. Onların uçuş məsafəsi 300 km-ə qədərdir. Konteynerdə həmçinin buraxılış idarəetmə mərkəzi də var.
Belə “kamuflyaj” sayəsində sistemin aşkarlanmasının çətin olduğu və hücumun qəfil ola biləcəyi vurğulanır.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın S-400 zenit-raket komplekslərinin Türkiyənin hava hücumundan müdafiə ehtiyaclarını tam ödəyə bilməyəcəyini bildirmişdi.
Turan İSMAYIL