ABŞ-nin rüsumlarını azaltmaq üçün Aİ Rusiya qazını Amerika LNG-si ilə əvəzləyəcək

 01:36 28.07.2025     79

Avropa Komissiyası ABŞ-nin gömrük rüsumlarını 30 faizdən 15 faizə endirmək məqsədilə Rusiya nefti və təbii qazını tamamilə ABŞ-dən alınan mayeləşdirilmiş təbii qaz (LNG), neft məhsulları və nüvə yanacağı ilə əvəzləməyi öhdəsinə götürüb.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Şotlandiyada ABŞ Prezidenti ilə keçirilən danışıqlardan sonra bəyan edib.

Onun mətbuat konfransı Avropa Komissiyasının mətbuat xidməti tərəfindən yayımlanıb.

Vumart və Güvən reklamı Vumart Güvən