Husilər İsraillə işləyən bütün şirkətlərin gəmilərinə hücum edəcəyini bəyan ETDİ

Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər silahlarının əhatə dairəsi daxilində İsrail limanları ilə işləyən bütün şirkətlərin gəmilərinə zərbələr endirmək niyyətindədirlər.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, üsyançıların yaratdığı silahlı qüvvələrin sözçüsü Yəhya Saria bildirib.
"Yəmən silahlı qüvvələri fələstinlilərə dəstək olaraq hərbi əməliyyatlarını gücləndirmək və düşmənə qarşı dəniz blokadasının dördüncü mərhələsinə başlamaq qərarına gəlib. Bu, milliyyətindən asılı olmayaraq, İsrail limanlarında fəaliyyət göstərən istənilən şirkətin bütün gəmilərini və silahlı qüvvələrin əli çatan hər yerdə hədəfə almağı əhatə edir", - deyə "Marahutsi" telekanalının sahibi olan Saria bəyan edib.
Ənsar Allah ordusunun sözçüsü gəmiçilik şirkətlərinə "İsrail limanları ilə əməkdaşlığı dayandırmağı" deyib və "əks halda, onların gəmilərinə təyinat yerindən asılı olmayaraq, raket və pilotsuz uçan aparatların (PUA) əhatə dairəsi daxilində hücuma məruz qalacağı" barədə xəbərdarlıq edib. Saria gərginliyin qarşısını almaq istəyən ölkələri İsrailə təzyiq göstərməyə çağırıb ki, Qəzza zolağındakı əməliyyatı dayandırsın və Fələstin anklavındakı blokadanı qaldırsın.
Qeyd edək ki, 2023-cü ildə Qəzzada münaqişənin şiddətlənməsindən sonra husilər İsrail ərazilərini hədəf alacaqları və İsrailə bağlı gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinin qarşısını alacaqları barədə xəbərdarlıq etmişdilər. Hücumlar bu il yanvarın ortalarında Fələstin anklavında atəşkəs elan edildikdən sonra dayandırılıb, lakin martın əvvəlində atəşkəs pozulduqdan sonra üsyançılar Qırmızı dənizdə İsrail gəmiçiliyinə hücumları bərpa etdiklərini və o vaxtdan Ben Qurion hava limanı da daxil olmaqla, yəhudi dövlətinin daxilindəki hədəflərə hücum cəhdlərini bərpa ediblər.
Turan İSMAYIL