Orban Avropa İttifaqını qurumun yeni büdcəsini bloklamaqla hədələdi

Macarıstanın Baş naziri Viktor Orban, ölkəsinə ayrılmış və dondurulmuş maliyyə vəsaitləri azad olunmadığı təqdirdə Avropa İttifaqının yeni yeddiillik büdcəsini bloklamaqla hədələyib.
Redaktor.az xəbər verir ki, bu barədə "Euractiv" məlumat yayıb.
Orban, həmçinin Avropa İttifaqının Ukraynaya dəstəyini sərt tənqid edib.
Digər tərəfdən hökümət başçısı Brüsseli 2026-cı ildə keçiriləcək seçkilərdə Macarıstanda Ukrayna və Brüssel yönümlü hökumət qurmaq planlarında ittiham edib.