Yanğınlar səbəbindən 3500-dən çox insan TƏXLİYƏ EDİLDİ

 09:31 28.07.2025     74

Türkiyədə bir neçə həftədir davam edən meşə yanğınları bazar günü ölkənin dördüncü böyük şəhərini təhdid edərək 3500-dən çox Bursa sakinini evlərini tərk etməyə məcbur edib.

Redaktor.az xəbər verir ki, Türkiyənin şimal-qərbində Bursanı əhatə edən meşəlik dağlarda gecə baş verən yanğınlar sürətlə yayılıb.

Meşə naziri İbrahim Yumaklı jurnalistlərə bildirib ki, Bursanın şimal-şərqindəki kəndlərdən 3515 nəfər təhlükəsiz şəkildə təxliyə edilib.

Daha əvvəl Yakuplar (300 sakin) və Çakmak (200 sakin) kəndləri tamamilə təxliyə edilmişdi. Bu gün daha dörd yaşayış məntəqəsinin - Çatalsöğüt, Çamoğlu, Ilıcaksu və Dutluca sakinlərinin təxliyə edilməsi barədə qərar qəbul edildiyi məlum olub.

Bursa meri Mustafa Bozbəy bir yanğınsöndürənin xidməti vəzifələrini yerinə yetirərkən ürək tutmasından vəfat etdiyini bildirib və əlavə edib ki, alov şəhərin ətrafında 3000 hektarı əhatə edib.

Vumart və Güvən reklamı Vumart Güvən