Pakistanda musson yağışları nəticəsində 279 nəfər həlak oldu

 10:38 28.07.2025     73

İyun ayının sonundan etibarən Pakistanda leysan yağışları nəticəsində ən azı 279 nəfər həlak olub, 676 nəfər isə yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.

1,5 mindən çox bina zədələnib, yüzlərlə insan təxliyə edilib. Heyvandarlıq və kənd təsərrüfatı sahələrinə böyük ziyan dəyib.

Ən çox insan itkisi Pəncabda qeydə alınıb - 151 ölü və 536 yaralı. Şimal-qərb əyaləti olan Xayber-Paxtunxvada 64 nəfər ölüb, 80 nəfər yaralanıb.

Ölkə hökuməti vətəndaşların təhlükəsizliyini təmin etmək və təbii fəlakətin vurduğu ziyanı minimuma endirmək üçün tədbirlər görür.

Vumart və Güvən reklamı Vumart Güvən