AEBA nümayəndə heyəti İrana səfər edəcək - İran XİN

BMT-nin nüvə təhlükəsizliyi üzrə müşahidə orqanı - Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndələri növbəti iki həftə ərzində İrana səfər edəcəklər.
Redaktor.az-ın Yaxın Şərq KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə İran Xarici İşlər Nazirliyi (XİN) mətbuat katibi İsmail Bəqai bildirib.
"İran AEBA-ya gələcək əməkdaşlıq üçün yeni təlimat təqdim edəcək", - XİN nümayəndəsi bildirib.
Bəyanat AEBA-nın rəhbəri Rafael Qrossinin Tehranın nüvə proqramı üzrə texniki danışıqları bərpa etməyə hazır olduğunu bildirməsindən bir neçə gün sonra səslənib.