Kəşmirdə atışma oldu - üç nəfər öldürüldü

Hindistan ordusu Kəşmir ştatında baş verən atışma zamanı üç nəfərin öldürüldüyünü bildirib.
Redaktor.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Hindistan ordusunun “X” sosial şəbəkəsindəki paylaşımında qeyd olunub.
Hindistan tərəfi öldürülənlərin guya terrorçu olduğunu deyib. Bildirilib ki, hərbçilər Kəşmir bölgəsində əməliyyatları davam etdirir.
Xatırladaq ki, aprelin 22-də Kəşmirdə baş vermiş terror aktı nəticəsində 26 nəfər həlak olub. Hindistan terror aktında Pakistanı günahlandırıb və ölkə ərazisinə zərbələr endirib. Pakistan bu zərbələri cavabsız qoymayıb. Bu hadisə iki nüvə dövləti arasında gərginliyin yeni mərhələsinin başlamasına və münaqişənin gərginləşməsinə səbəb olub.