"Qərblə münasibətlərə ciddi yanaşacağıq" - Lavrov

Lavrov Qərblə münasibətlərin bərpası barədə fikirlərini bildirib.
Redaktor.az xəbər verir ki, Rusiya Qərb ölkələrinin münasibətləri bərpa etmək barədə mümkün təkliflərinə çox ciddi yanaşacaq. Bu barədə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov TASS agentliyinə bildirib.
“Onlar — əminəm ki, ağıllanacaq və bizə münasibətləri bərpa etməyi təklif edəcəklər. Biz isə gələcəkdə bu münasibətlərin hansı prinsiplər üzərində qurulacağına çox ciddi yanaşacağıq,” — diplomat vurğulayıb.
Nazirin sözlərinə görə, Rusiya təcrid olunmaq istəmir, amma Qərb ölkələrinin boykotu qorxusunu da yaşayır. “Əgər səni görməməzlikdən gəlirlərsə, boykot elan edirlərsə, səni dinləməkdən imtina edib zalı tərk edirlərsə — qoy olsun,” — o əlavə edib.