"Yenə təcavüz etsə, qəti cavab verəcəyik" - İrandan sərt cavab

 11:48 29.07.2025     113

İran ABŞ-İsrail yeni təcavüzünə gizlədilməsi mümkün olmayacaq şəkildə qəti cavab verəcək.

Redaktor.az xəbər verir ki, bu barədə İslam Respublikasının XİN rəhbəri Abbas Əraqçi “X” sosial şəbəkəsindəki hesabında yazıb.

"İran ABŞ və İsrailin son təcavüzü zamanı həm bizə, həm də rəqiblərimizə qarşı nə baş verdiyini, o cümlədən zərbələrin miqyasını hələ də gizlədildiyini dəqiq bilir. Təcavüz təkrarlansa, biz daha qətiyyətli və gizlətmək mümkün olmayan şəkildə cavab verməkdən çəkinməyəcəyik", - o bildirib.

İranın XİN rəhbərinin sözlərinə görə, 12 günlük müharibə zamanı ABŞ və İsrail həqiqətən İranın nüvə infrastrukturuna zərər vurmağa nail olub, lakin Tehranın uranın zənginləşdirilməsini davam etdirmək əzmini azaltmayıb. "Böyük insan zəhməti ilə yaradılmış texnologiya və “nou-hau” bombardman etməklə məhv edilə bilməz", - Əraqçi əlavə edib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın nüvə obyektlərini bərpa etməyə cəhd edərsə, Birləşmiş Ştatlar yeni zərbə endirməyə hazırdır.

Vumart və Güvən reklamı Vumart Güvən