Almaniyada hərbi helikopter qəzaya uğradı

 18:51 29.07.2025     140

Almaniyanın şərqində hərbi helikopter qəzaya uğrayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Bild” qəzeti güc strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə Saksoniya federal torpağında Grimma şəhəri yaxınlığında baş verib. Şahidlərin məlumatına görə, helikopterin qalıqları Mulde çayında aşkar edilib.

Hazırda hadisə yerində polis və xilasedicilər işləyir, pilotun axtarışları aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən