Tramp xanımının Putinə simpatiyasından DANIŞDI

ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melaniyanın Rusiya Prezidenti Vladimir Putini bəyəndiyini bildirib.
Redaktor.az xəbər verir ki, o, bu barədə "New York Post"un jurnalisti Miranda Devine deyib.
“Biz Putini tanıyırıq və o, ondan xoşlanır”, - Tramp deyib.
Qeyd edək ki, iyulun 14-də Tramp bildirib ki, Melaniya onu Rusiyaya qarşı daha sərt mövqe tutmağa inandıranlar arasında olub və Putini öz vədlərini yerinə yetirməməkdə ittiham edib.
Turan İSMAYIL