Kamçatkada 50-dən çox afterşok qeydə alındı

 09:03 30.07.2025     102

Kamçatkada 8,7 bal gücündə zəlzələdən sonra əksəriyyəti hiss olunmayan 50-dən çox afterşok qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsindən məlumat verilib.

“Saat 11:24-də (Bakı vaxtı ilə 03:24) zəlzələ nəticəsində 50-dən çox yeraltı təkan qeydə alınıb, onların bəziləri hiss olunub”, - qurumdan bildirilib.

Eyni zamanda zəlzələdən sonra 2,7 min insan Kuril adalarındakı təhlükəsiz bölgələrə təxliyə edilib.

Vumart və Güvən reklamı Vumart Güvən