Kurildə fövqəladə vəziyyət rejimi tətbiq edildi

Rusiyanın Saxalin vilayətinin Şimali Kuril rayonunda zəlzələ və sunamidən sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Redaktor.az xəbər verir ki, bu barədə region hökuməti məlumat yayıb.
"Bu gün zəlzələ və sunamidən sonra Şimali Kuril rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib", - məlumatda bildirilib.
Bundan əlavə, Saxalin vilayətinin qubernatoru Valeri Limarenko fövqəladə hallar üzrə komissiyanın iclasını keçirib.
Kamçatkada baş verən zəlzələnin maqnitudası müxtəlif qiymətləndirmələrə görə 8,7-yə çatıb. Bu, 1952-ci ildən bəri ən güclü zəlzələdir.
Daha əvvəl həmin gün Kamçatkada Avaçinski körfəzinin sahilində güclü zəlzələ səbəbindən sunami təhlükəsi elan edilmişdi. Seysmik hadisə nəticəsində Petropavlovsk-Kamçatski şəhərində uşaq bağçalarından birinin divarı uçub. Sakinlərin təxliyəsi həyata keçirilir.